Elxan Məmmədov: “Məni eşidib, Aslan İsmayılovu məhkəməyə vermədilər”

2 Fevral 2022 23:00 Problem 1 214
Elxan Məmmədov: “Məni eşidib, Aslan İsmayılovu məhkəməyə vermədilər”

“Aslan İsmayılov sosial şəbəkədə əsassız şəkildə AFFA-nı ittiham etmişdi.

Bu ittihamlar qeyri-peşəkarlıqdır, susmaq doğru deyildi. O, tanınmış adamdır və mediada aktivdir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O, vəkil Aslan İsmayılovla AFFA arasında olan məhkəmə prosesindən danışıb:

“Onun paylaşımından sonra iclas keçirdik və bizim əməkdaşlarımız ayrı-ayrı onu məhkəməyə vermək istəyirdi. Dedim ki, lazım deyil və federasiya olaraq onu məhkəməyə verdik.

Prosesi udduq və daha nəsə demək istəmirəm. 3 ay ərzində məhkəmə oldu və hakimlər məsələyə peşəkar yanaşdı.

Axırda düzgün və ədalətli qərar qəbul edildi. AFFA əməkdaşları sağ olsunlar ki, məni eşidib kütləvi şəkildə onu məhkəməyə vermədilər.

Azərbaycanlıyıq, bir insanı çox sayda adamın məhkəməyə verməsi doğru deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var