Rəşad Sadıqov: “Mən ilk dəfədir ki, qalmaqallı məsələdə onu dəstəkləyirəm” - VİDEO

1 Fevral 2022 17:20 Problem 1 660
Rəşad Sadıqov: “Mən ilk dəfədir ki, qalmaqallı məsələdə onu dəstəkləyirəm” - VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”dan sabiq komanda yoldaşı Mahir Emreli haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, İctimai TV-nin efirində yayımlanan “Bol idman” verilişində qonaq olan R.Sadıqov Azərbaycan millisinin Polşanın “Legiya” klubu ilə yaşadığı problemlərdən söz açıb.

Gənc məşqçi Mahir Emrelinin azarkeşlər tərəfindən hücuma məruz qalmasında Varşava klubunu günahlandırıb. O, yığmamızın hücumçusuna haqq qazandırdığını bildirib:

“İlk dəfədir ki, qalmaqallı məsələdə Mahiri dəstəkləyirəm. Çünki o, haqlı mövqedədir. “Legiya” azarkeşləri son hücumdan əvvəl bir dəfə də klubun avtobusuna girib və komandanı hədələyiblər.

Uğursuz nəticələrə görə futbolçulara xəbərdarlıq ediblər. Amma bundan sonra klub təhlükəsizlik üçün heç bir şey etməyib. Onun atdığı addımı dəstəkləyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var