Məşhur futbolçuların agenti reanimasiyaya yerləşdirildi

21 Yanvar 2022 12:20 Problem 436
Məşhur futbolçuların agenti reanimasiyaya yerləşdirildi

Məşhur futbol agenti Mino Rayolanın reanimasiyada olduğu barədə məlumat yayılıb.

Sportinfo.az xəbər verir ki, məlumatı “Bild” nəşri yayıb.

Yanvarın 12-də Rayolanın xəstəxanaya aparıldığı və təcili əməliyyat olunduğu bildirilmişdi. Lakin daha sonra o, “tvitter”də yazmışdı ki, adi tibbi müayinədən keçir.

Ancaq sonradan məlum olub ki, ağ ciyərlərində problem olan agentin vəziyyəti pisləşdiyi üçün Milanın “San Raffaele” xəstəxanasında reanimasiyaya yerləşdirilib.

Rayolanın müştəriləri arasında Canluici Donnarumma, Zlatan İbrahimoviç, Pol Poqba, Erlinq Holland kimi futbolçular var.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı