“Onun mənə etdiklərini ömrümün sonunadək unutmayacam“

21 Yanvar 2022 11:40 Problem 2 408
“Onun mənə etdiklərini ömrümün sonunadək unutmayacam“

“Mən onun etdiyi yaxşılığı ömrümün sonunadək unutmayacam“.

Bu sözləri “Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nə qonaq olan keçmiş futbolçu Mirhüseyn Seyidov deyib. Tanınmış telejurnalist Elçin

Cəfərovla söhbətində 2017-ci ildə futboldan ömürlük uzaqlaşdırılması barədə danışan “Neftçi“nin yetirməsi uzun sürən araşdırmalardan sonra bəraət aldığını, lakin həmin hadisələrin yaddaşında dərin iz buraxdığını bildirib:

“Qara Qarayev mənə çox dəstək oldu. Mənim üçün elə şeylər etdi ki…

Açığı, istəməzdim ki, onun adı çox hallansın, ancaq insanların Qaranın meydandakı kimi, ondan kənarda da necə bir insan olduğunu bilməlidir.

O günlərdə mənimlə bərabər araşdırmalara cəlb olunan Nizami Hacıyevlə münasibətlərim bu gün də var.

Amma dost saydığım elə adamlar var ki, artıq neçə ildir üstündən xətt çəkmişəm“.

Digər Xəbərlər
Xəbər Lenti