“Əlbəttə, istəyərdi ki, problemlər barədə onu məlumatlandıraydılar“

27 Oktyabr 2021 22:00 Problem 399
“Əlbəttə, istəyərdi ki, problemlər barədə onu məlumatlandıraydılar“

Devid Bekhemin DÇ-2022-nin siması seçilməsi hüquq müdafiəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Sportinfo.az xəbər verir ki, hüquq müdafiəçiləri Qətərdə insan haqlarının pozulduğunu əsas gətirərək, Devidin DÇ-2022-nin təşkilat komitəsi ilə müqavilə bağlamasını qınayıblar.

Sabiq futbolçu onlara cavab verib. Bekhemin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir:

“Devid 10 il ərzində mütəmadi olaraq Qətərə gedib. Ona görə ki, bu ölkədə futbola böyük marağı görüb. Bu ölkənin dünya çempionatına ev sahibliyi etmək istəyinin necə böyük olduğuna şahidlik edib.

Bekhem daim belə düşünüb ki, futbolun barışdırıcı, sülhsevər missiyasından yararlanmaq lazımdır. Əlbəttə, Devid istəyərdi ki, problemlər barədə onu məlumatlandıraydılar.

Bəli, bölgədə bəzi qanunlar və inanclar fərqlidir. Amma Qətər hakimiyyəti bildirib ki, hər kəsin təhlükəsizliyinə zəmanət verilir.

Bekhemə mundialın təşkilatçılarının LGBT icması ilə əməkdaşlıq etdiyi barədə sübutlar da təqdim olunub”.

Digər Xəbərlər
Xəbər Lenti