Millinin futbolçusunda onkoloji xəstəlik aşkarlandı

14 Oktyabr 2021 00:00 Problem 476
Millinin futbolçusunda onkoloji xəstəlik aşkarlandı

Uels millisinin və İngiltərənin "Bornmut" klubunun futbolçusu Devid Bruksda onkoloji xəstəlik aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 24 yaşlı yarımmüdafiəçi özünün tviter səhifəsində yazıb.

Oyunçunun sözlərinə görə, ona xərçəng diaqnozu qoyulub: "Xəstəlik ikinci mərhələdədir və gələn həftdən müalicəyə başlayacağam.

Diaqnoz mən və ailəm üçün şok effekti yaratsa da, analiz nəticələri ümidvericidir. Əminəm ki, tam sağalıb yaşıl meydanlara qayıdacağam".

Devid Bruks 2018-ci ildən "Bornmut"da çıxış edir. O, yığmada 21 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"