"Omoniya"nın daha bir aparıcı fiquru "Qarabağ"la matçda meydana çıxmayacaq

25 Sentyabr 2021 21:20 Problem 1 020
"Omoniya"nın daha bir aparıcı fiquru "Qarabağ"la matçda meydana çıxmayacaq

Kipr "Omoniya"sının daha bir futbolçusu "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup matçını buraxacaq.

Sportinfo.az xəbər verir ki, uzun müddətdir zədədən əziyyət çəkən Yannis Kusulosun Ağdam təmsilçisi ilə ev matçında meydana çıxmayacağı dəqiqləşib.

25 yaşlı kiprli müdafiəçinin sıraya nə vaxt dönəcəyi bəlli deyil.

Daha əvvəl Nikosiya təmsilçisində ABŞ-dan olan yarımmüdafiəçi Miks Diskerudun "Qarabağ"la görüşdə iştirak etməyəcəyi açıqlanıb.

Sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda