"Biz bundan sonra dözə bilmərik - Uşaqlar, başınızı dik tutun!"

13 İyul 2021 12:20 Problem 709
"Biz bundan sonra dözə bilmərik - Uşaqlar, başınızı dik tutun!"

İngiltərə yığması Avropa çempionatının finalında İtaliyaya məğlub olduqdan sonra millinin qaradərili futbolçuları irqçi təhqirlərə məruz qalıblar.

Sportinfo.az xəbər verir ki, bir sıra məşhur şəxslər buna etirazlarını bildiriblər.

Fransa yığmasının və “Mançester Yunayted”in futbolçusu Pol Poqba da məsələyə biganə qalmayıb. O, irqçi təhqirlərə məruz qalan futbolçulara dəstəyini nümayiş etdirib. Poqba “İnstaqram”da yazıb:

“Markus Reşford, Ceydon Sanço, Bukayo Saka, mən sizinlə qürur duyuram. Futbol belədir, qalib də gəlirsən, məğlub da olursan.

Siz penaltinin yerinə yetirmək üçün özünüzdə cəsarət tapdız. Buna qədər isə komandanızın finala çıxmasına yardım etmişdiz.

Biz bundan sonra irqçiliyə dözə bilmərik. Uşaqlar, başınızı dik tutun və etdiklərinizlə qürur duyun. Siz bu gözəl oyunun nümunəvi təmsilçilərisiniz.

Bunu heç vaxt unutmayın. Özünüzlə qürur duyun, dünyanın futbol ailəsi də sizinlə qürur duyur”.

Digər Xəbərlər
Xəbər Lenti