Ermənistan ordusu Xankəndidən könüllü çıxmasa...

19 İyun 2021 09:00 Problem 1 453
Ermənistan ordusu Xankəndidən könüllü çıxmasa...

Nikol Paşinyan deyir ki, Ermənistanın Qarabağın “müstəqilliyini” tanımasına dair bəyanatlar təhlükəlidir və müharibəyə səbəb olur.

Nikol seçkidən öncə verdiyi bu açıqlama ilə erməni cəmiyyətinə iki məsələni izah etmək istəyir:

- “Qarabağ” vədləri ilə erməni seçicilərin dəstəyini qazanmaq istəyən opponentləri yalan danışır;

- Əgər yeni müharibə istəyirsinizsə, Qarabağı tanıya bilərik.

Və bununla Qarabağın “müstəqilliyinin” tanınmasının mümkün olmadığını göstərir.

Bu, Ermənistanda hakimiyyətin sərhəd hadisələrindən sonra Qarabağda yaranmış reallığı tədicən qəbul etməsi kimi də başa düşülə bilər. Nikol bununla bölgədə maraqları olan qüvvələrə revanşizmə getməyəcəyinin də mesajını verir.

Ermənistanda seçkidən sonra iki məsələ aktuallaşa bilər.

1. Sərhədlərin müəyyənləşməsi: bu, bir qədər uzana bilər;

2. Qarabağdakı erməni qoşunlarının çıxarılması: diqqət sərhədə yönəldiyi vaxt, Bakının əsas tələblərindən biri üçtərəfli razılaşmanın bununla bağlı bəndinin icra edilməsi olacaq.

Əks təqdirdə, güc tətbiqi masaya gətirilə bilər. Şuşa Bəyannaməni bu məsələdə Bakının əlini xüsusilə gücləndirdi. Bu kontekstdə erməni hərbi ekspertin dedikləri diqqət çəkir:

“Bir müddət sonra Ermənistan ordusu Xankəndidən könüllü şəkildə çıxmaqdan imtina etsə, Azərbaycan Silahlı Qüvvələri yeni hərbi əməliyyata başlaya bilər”.

Senari məlumdur...

Asif Nərimanlı

Digər Xəbərlər
Xəbər Lenti