"Bunu odu üzərimizə götürərək etməliyik"

13 İyun 2021 17:50 Problem 1 179
"Bunu odu üzərimizə götürərək etməliyik"

"Necə planlaşdırmışdıqsa, elə də oynadıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov AVRO-2020-nin qrup oyunları çərçivəsində Belçika ilə görüşdən sonra deyib.

Matç TV-yə danışan mütəxəssis 0:3 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

"Nə Şuninə, nə Semenovu heç nə deməmişəm. Fiziki hazırlıq səviyyəmiz yaxşı qaydadadır. Ancaq bu səviyyədə individual səhvlərə yol vermək olmaz.

Bizim futbolçularımız var və bizim işimiz onları gücləndirməkdir. Həyat bəzi şeylərin dəyişdirilməli olduğunu söyləyir. Bunu isə odu üzərimizə götürərək etməliyik".

Digər Xəbərlər
Xəbər Lenti