“Qarşıdakı aylarda pandemiyanı nəzarət altına ala bilərik”

20 Aprel 2021 12:10 Problem 426
“Qarşıdakı aylarda pandemiyanı nəzarət altına ala bilərik”

“25-59 yaşlılarda koronavirusa yoluxma faizi qorxuducu şəkildə artır”.

Sportinfo.az xəbər verir ki, bunu ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus deyib.

Baş direktorun sözlərinə görə, dünya qarşıdakı aylarda qlobal pandemiyanı nəzarət altına almaq imkanına malikdir:

“Qlobal qaynaqlar ədalətli və bərabər paylanılmalıdır. Əgər əlimizdəki vasitələri müntəzəm və bərabər şəkildə istifadə etsək, bu pandemiyanı aylar ərzində nəzarət altına ala bilərik”.

O bildirib ki, daha çox yoluxucu olan yeni mutasiyalar səbəbindən dünya miqyasında 25-59 yaşlılarda koronavirus yayılıb:

“Böyük ehtimalla, olduqca yoluxucu növlərin və yetkin yaşda olanların arasında artan sosial təmasın nəticəsi olaraq 25-lə 59 yaş arasında insanlarda infeksiyalar və xəstəxanaya yerləşdirilmə halları artır”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"