"4 həftə gözləyib, sonra..." - Çin peyvəndinin təsiri barədə AÇIQLAMA

26 Yanvar 2021 09:10 Problem 1 712
"4 həftə gözləyib, sonra..." - Çin peyvəndinin təsiri barədə AÇIQLAMA

Sportinfo.az xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyinin elm komitəsinin üzvü professor Tevfik Özlü koronavirus peyvəndi ilə bağlı açıqlamalar verib.

Həkim bildirib ki, peyvənd olunanlar da, olunmayanlar kimi ehtiyat tədbirlərinə əməl etməlidirlər:

“İnsanlar peyvənd vurulan kimi təhlükəsizlikdə ola bilməzlər. Peyvənd vurulduqdan sonra 4 həftə gözləyib, ikinci dozanı qəbul etməliyik.

İkinci dozadan sonra anticisim səviyyəsi yalnız 15 gündən sonra müəyyən bir səviyyəyə çatır. Dolayısıyla, peyvənd edildikdən ancaq ay yarım sonra insan bədənində qoruyucu xüsusiyyət yaranır”.

O əlavə edib ki, bu qoruyuculuğu da xəstələnməkdən qorumaq anlamında başa düşmək lazımdır, çünki peyvəndin virusa yoluxmanın və yayılmanın qarşısını alıb-almayacağı hələ müəyyən edilməyib.

Professorun sözlərinə görə, əhalinin 80 faizi peyvənd edildikdən sonra epidemiyanın qarşının alınmasından bəhs etmək olar.

Türkiyədə koronavirusa qarşı Azərbaycanda da istifadə olunan Çinin “SinoVac” şirkətinə məxsus “CoronoVAC” peyvəndi tətbiq edilir.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi