AFFA-dan “Zirə” və “Sumqayıt”a 800 manatlıq "pay"

24 Noyabr 2020 23:00 Premyerliqa 384
AFFA-dan “Zirə” və “Sumqayıt”a 800 manatlıq "pay"

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının X turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.

“Qarabağ”la görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Sumqayıt” 800 manat cərimələnib. “Keşlə”yə qarşı matçda 4 üzvü xəbərdarlıq alan “Zirə”nin də cəzası eyni olub.

Digər Xəbərlər
Xəbər Lenti