Niderland yığmasının oyunçusu Azərbaycan klubundan imtirna etdi

21 Oktyabr 2020 16:56 Premyerliqa 831
Niderland yığmasının oyunçusu Azərbaycan klubundan imtirna etdi

Niderlandın aşağı yaş qrupu üzrə yığmalarının sabiq futbolçusu Kris Davidin karyerasını Azərbaycanda davam etdirmək variantı yaranıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Premyer Liqa klublarından təklif alıb.

Cənubi Afrika Respublikasının “Kape Taun” klubundan ayrıldıqdan sonra işsiz qalan David Azərbaycanla yanaşı, Finlandiya təmsilçilərinin də maraq dairəsində olub. Lakin futbolçu Almaniyaya köçməyi üstün tutub.

II Bundesliqa təmsilçisi “Vurtsburger Kikkers”lə müqavilə imzalayan pleymeyker seçimini belə əsaslandırıb: “Azərbaycan və Finlandiya çempionatları mənim üçün kifayət qədər maraqlı deyildi.

Öz keyfiyyətlərimə bələdəm, nələrə qadir olduğumu bilirəm. Özüm üçün ən yaxşı olan yeri seçməliydim. Düşünürəm ki, Almaniya bu baxımdan fantastik yerdir”.

Kris "Tvente”nin yetirməsidir. 2013-cü ildə "Fulhem"ə keçən futbolçu 2015-də "Tvente"yə icarəyə verilib.

Yarımmüdafiəçi növbəti illərdə Hollandiyanın "Qo Ahead Eagles" (2015-2015), "Utrext" (2017-2018), "Yonq Utrext" (2017-2018) və CAR-ın "Kape Taun" (2019-2020) komandalarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı