Premyer Liqaya aid dəyişiklik buradan başladı - VİDEO

13 Avqust 2020 09:14 Premyerliqa 745
Premyer Liqaya aid dəyişiklik buradan başladı - VİDEO

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edib.

Sportinfo.az qurumun saytına istinadən xəbər verir ki, yeni loqo 4 elementin vəhdətidir:

1) Alov – “odlar yurdu” Azərbaycanın əsas simvollarından biridir;
2) Dalğavari hissə – Xəzər dənizinə işarədir;
3) Qartal – Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir;
4) Qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.

Premyer Liqanın yeni loqosu tünd fonda ağ rəngdədir. Açıq fonda olarkən, loqonun əsas hissələri tünd göy göstərilir.

Digər Xəbərlər
Xəbər Lenti