Premyer Liqa klubları yenə AFFA-dan pul alacaq?

1 İyun 2020 10:38 Premyerliqa 569
Premyer Liqa klubları yenə AFFA-dan pul alacaq?

Azərbaycan Premyer Liqasının oyunlarının bərpasından əvvəl klubların futbolçuları və məşqçi heyəti mütləq şəkildə koronavirus testinə cəlb olunacaq.

Bu barədə qərar AFFA-nın təşəbbüsü ilə təşkil olunan Klublar Komitəsinin iclasında qəbul edilib.

Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər bir klub fərdi qaydada çıxara bilər. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin COVID-19 testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra müvafiq təlimatlara uyğun hərəkət edəcək.

Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq. 7 klub bir dəfə koronavirus testindən keçib. Dünən isə "Qəbələ"nin futbolçularından koronavirusla bağlı analiz götürülüb.

AFFA test üçün elitanın hər bir iştirakçısına 5000 manat verib. Dünənki iclasda müzakirə olunub ki, klubların həftədə və ya 10 gündə bir dəfə koronavirus testindən keçirilməsi yaxşı olar. Amma bu, maliyyə tələb edən işdir.

Bunu hər oyundan əvvəl etmək üçün kifayət qədər maliyyə vəsaiti lazımdır. Odur ki, federasiyanın yenidən Premyer Liqa mənsublarına 5 min manat vəsait ayırması gözlənilr.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”