UEFA: "Milli çempionatlarla bağlı məsələ, sadəcə, tövsiyədir"

19 May 2020 18:48 Premyerliqa 582
UEFA: "Milli çempionatlarla bağlı məsələ, sadəcə, tövsiyədir"

UEFA milli çempionatların avqustun 3-dək başa çatdırılması məsələsinə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin "Lion"nun rəhbəri Jan-Mişel Olaya məktubunda yazıb.

Sloveniyalı funksioner bildirib ki, UEFA-nın yerli liqaların sözügedən müddətdə yekunlaşdırılması rəsmi qərar deyil, sadəcə tövsiyədir.

"Lion" avrokuboklardan kənarda qaldığı üçün Fransa Peşəkar Futbol Liqasından UEFA-ya şikayət edib və Liqa 1-in vaxtından əvvəl bitirilməsi qərarı ilə əlaqədar iki iddia qaldırıb.

Qurum isə klub rəhbərliyinə məktub göndərərək milli çempionatların avqustun 3-dək başa çatdırılması məsələsinin yalnız tövsiyə olduğunu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız