AFFA Premyer Liqanın hər birinə 5000 verdi – PUL ÇATDIMI?

18 May 2020 16:56 Premyerliqa 782
AFFA Premyer Liqanın hər birinə 5000 verdi – PUL ÇATDIMI?

Premyer Liqa martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb.

Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.

AFFA ötən həftə PFL və klub rəsmiləri ilə keçirdiyi videokonfrans formatında iclasından sonra koronavirus testindən keçmək üçün maliyyə vəsaiti ayırıb. Pul yalnız məşqçi və futbolçular üçün nəzərdə tutulub.

Elitada çıxış edən 8 klubdan 7-si artıq testdən keçib. Hələlik yalnız «Qəbələ» gözləmə mövqeyindədir. Federasiya çempionatın hər bir iştirakçısına 5000 manat ödəyib.

Bu məbləğ isə heç də kifayət etməyib. Çünki testin növü və həkim qəbuluna yazılanların sayı klubların istəyindən asılı olaraq dəyişir. Qandan götürülən bir analizin qiyməti 50-75 manat arasında dəyişir.

Boğaz yaxmasının maddi dəyəri isə 100-150 manat civarındadır. Yalnız «Qarabağ»la «Sumqayıt» bu növ testdən yararlanıb. Güclülər dəstəsinin digər 5 mənsubu isə qan analizi ilə kifayətlənib.

Saya gəlincə, bəzi klublar futbolçu və məqqçilərini testə cəlb etməklə kifayətlənibsə, o birilər ştağdakı işçilərini də həkim qəbuluna g.ndərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti