"Qarabağ"dan cavab: "Heç kim bazaya gedib-gəlmir"

7 Aprel 2020 20:20 Premyerliqa 1 383
"Qarabağ"dan cavab: "Heç kim bazaya gedib-gəlmir"

Sportinfo.az xəbər verir ki, dünyada futbolun dayandığı vaxtda gələcəklə bağlı ortaya çıxan sualların sayı-hesabı yoxdu.

Məşqlər nə vaxt başlayacaq, çempionat nə vaxt bərpa olunacaq, futbolçu və məşqçi heyətinə maaşlar əvvəlki qaydada veriləcəkmi?

Buna bənzər sualların sayı çoxdu.

Cavab tapmaq üçün həm ölkə futboluna cavabdehlik daşıyan AFFA, həm premyer-liqanın təşkili və keçirilməsinə nəzarət edən PFL, həm də klub rəsmiləri bir araya gəlib, müzakirələr aparmalı, müəyyən qərarlara imza atılmalıdı.

Bu mənada klubların üzərinə düşən yük daha ağırdı. Onlar da bir araya gəlməli, nələrisə müzakirə etməlidilər. Bu yöndə hansısa yenilik varmı? Yaxın günlərdə klubdaxili iclas və qərarlar gözlənilir?

“Sabah”ın mətbuat katibi Elnur Həmidov konkret tarix deməkdə çətinlik çəkdi: “Bu gün üçün hansısa yenilik yoxdu. Futbolçular verilmiş proqram üzrə evdə məşqlərini davam etdirirlər. Sosial izolyasiya davam etməkdədi. Qarşıdakı günlərdə veriləcək qərarları, təlimatları gözləyirik”.

“Qarabağ”ın mətbuatla əlaqələndiricisi Nurlan İbrahimov da aşağı-yuxarı eyni fikirləri səsləndirdi: “Klub və komanda olaraq hamı karantin rejiminə əməl etməkdədi. Heç kim bazaya gedib-gəlmir. İclasla, yaxud işin başlaması ilə bağlı da yenilik yoxdu. Ayın 20-nə qədər gözləyək, ondan sonra görək nə olur” (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!