Azərbaycan klubları avrokuboklara buraxılmayacaq - Premyer Liqa yekunlaşmasa

29 Mart 2020 17:54 Premyerliqa 737
Azərbaycan klubları avrokuboklara buraxılmayacaq - Premyer Liqa yekunlaşmasa

Bir sıra ölkələrin klubları avrokubokların 2020/21 mövsümünə buraxılmayacaq.

Sportinfo.az xəbər verir ki, UEFA mövsümü başa çatdırmayacaq və nəticələri ləğv edəcək ölkələrin komandalarını qitə miqyaslı turnirlərdə görmək istəmir.

Qitə futbol qurumu koronavirus pandemiyası üzündən dayandırılan milli çempionatların başa çatdırılmasının tərəfdarıdır. Avrokuboklarda iştirak üçün ya liqalar sonadək oynanılmalı, ya da indiki mövcud nəticələr rəsmən tanınmaqla yekunlaşmalıdır.

UEFA-ya üzv olan 55 ölkədən yalnız Belarusda çempionat dayandırılmayıb. Koronavirus pandemiyası Azərbaycan Premyer Liqasının da təxirə salınmasına səbəb olub. PFL-in açıqladığı qərara görə, ölkə çempionatı 14 apreldən tez başlamayacaq.

Xəbər Lenti