“Qarabağ” 1000 klubun içində “Neftçi”ni arxasınca aparır

26 Mart 2020 10:38 Premyerliqa 544
“Qarabağ” 1000 klubun içində “Neftçi”ni arxasınca aparır

“Football World Rankings” portalı dünyanın ən yaxşı klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 1000 klubun yer aldığı siyahıda Azərbaycanın iki təmsilçisi - "Qarabağ" və "Neftçi" yer alıb.

Ağdam klubu 10 pillə irəliləyərək 1054 xalla 599-cu yerdə qərarlaşıb. "Neftçi"nin də mövqeyində dəyişiklik olub. Bakı təmsilçisi 818 xalla 678-ci pillədən 674-cü sıraya yüksəlib.

Siyahıya Çempionlar Liqasının sonuncu qalibi “Liverpul” (İngiltərə) başçılıq edir. “Flamenqo” (Braziliya) ikinci, “Barselona” üçüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti