"Qarabağ"la "Neftçi"nin futbolçuları tualet kağızı “challenge”inə qoşuldu: VİDEO

20 Mart 2020 16:28 Premyerliqa 658
"Qarabağ"la "Neftçi"nin futbolçuları tualet kağızı “challenge”inə qoşuldu: VİDEO

Dünyada koronavirus pandemiyası insanların təlaşlı şəkildə marketlərə “hücum çəkməsi”nə səbəb olub.

Ən çox alınan mallardan biri isə tualet kağızıdır. Məhz bu üzdən dünyada məşqsiz qalan, evlərində oturan məşhur futbolçular tualet kağızı rulonunu çiləməklə məharətlərini göstərməyə çalışırlar.

Sportinfo.az xəbər verir ki, Azərbaycanda oynamış (və ya oynayan) əcnəbi futbolçular da bu “challenge”ə qoşulub.

Bu baxımdan braziliyalı futbolçular çox aktivdir. “Neftçi”nin futbolçusu Dario Frederiko da Silva, millimizin oyunçusu Riçard Almeyda, yığmamızın sabiq ukraynalı qapıçısı Andrey Popoviç, “Qarabağ”ın keçmiş braziliyalı futbolçuları Pedro Enrike və Reynaldo dos Santos bu baxımdan seçiliblər. Həmçinin bu “challenge”də “Neftçi”nin tərcüməçisi Vüqar Əliyev iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!