"Çempionluqla bağlı qərarı federasiya verə bilər, biz yox"

17 Mart 2020 16:00 Premyerliqa 648
"Çempionluqla bağlı qərarı federasiya verə bilər, biz yox"

Koronavirus infeksiyasının yayılması səbəbindən təxirə salınan milli çempionatların taleyi qeyri-müəyyən olaraq qalır.

Sportinfo.az xəbər verir ki, UEFA Avropa ölkələrində çempionatla bağlı yaydığı açıqlamada birinciliklərdə liderlərin çempion elan edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Qitə futbol qurumundan bununla bağlı qərarın yerli federasiyalar tərəfindən veriləcəyi vurğulanıb: "UEFA-nın çempionu təyin etmək hüququ yoxdur. Buna yalnız yerli federasiyalar qərar verə bilər. Biz bu məsələ ilə bağlı heç nə edə bilmərik".

Bi raz sonra UEFA-nın üzv federasiyalarla videomüşavirəsi keçiriləcək və həm çempionatlar, həm avrokuboklar, həm də AVRO-2020-nin taleyi müzakirə olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!