"Səbail": İlk və 100-cü - "Zirə" ilə başlayan məyusluq

9 Dekabr 2019 12:51 Premyerliqa 481
"Səbail": İlk və 100-cü -

Premyer Liqanın 14-cü turunda “Zirə”yə 1:4 hesabı ilə uduzan “Səbail” qapısından yubiley sayda - 100-cü topu buraxıb.

Sportinfo.az xəbər verir ki, ökə çempionatının yüksək dəstəsində 2017/18 mövsümündə debüt edən paytaxt klubu burada keçirdiyi 70-ci qarşılaşmada “100-ə” çatıb.

“Dənizçilər”i məyus edən yubiley qolunun müəllifi “Zirə”nin futbolçusu Tellur Mütəllimov olub. “Səbail” bu 100 qoldan 44-nü evdə, 56-nı səfərdə buraxıb. “Səbail” Premyer Liqada 100 və daha çox qol buraxan 37-ci komanda olub. Aftandil Hacıyevin komandasına ilk qolu da məhz “Zirə” vurub. 2017-ci il avqustun 13-də Milan Duriç ev oyununda qonaqları məyus edib. Qəsəbə təmsilçisi ev görüşündə 2:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti