"Neftçi" "Qarabağ"la fərqi 6 xala endirdi - YENİLƏNİB

8 Dekabr 2019 19:00 Premyerliqa 1 267
"Neftçi" "Qarabağ"la fərqi 6 xala endirdi - YENİLƏNİB

Azərbaycan Premyer Liqasındada həm 2-ci dövrənin, həm də ilin sonuncu - XIV turuna yekun vurulub. Sportinfo.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma keçirilib.

Günün ilk iki matçı eyni saatda start götürüb. "Zirə" doğma meydanda ağır günlərini yaşayan "Səbail"i darmadağın edib - 4:1. "Sumqayıt" -"Qəbələ" qarşılaşması bərabərliklə bitib 1-1. "Qəbələ" matçı 9 nəfərlə başa vursa da, meydan sahibləri rəqibin azlıqda oynamasından istifadə edə bilməyib.

İlin son çempionat görüşü isə Masazırda "Sabah"la "Neftçi" arasında olub. "Neftçi" əsas rəqibləri "Qarabağ"la "Keşlə"nin bir- biri ilə görüşdə xal itirməsindən (2:2) faydalanıb. "Sabah" üzərində 2:0 hesablı qələbə qazanan flaqman həm 2-ci pilləni yenidən "Keşlə"nin əlindən alıb, həm də lider "Qarabağ"la xal fərqini 6-ya endirib.

Premyer Liqa, XIV tur

8 dekabr (bazar)

17:00.“Sabah” – “Neftçi” 0:2
Hakimlər:
Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov
“Bank Respublika Arena”

Qol: Anton Krivotsyuk, 45+2, Stiven Monroz, 90+2.

"Sabah": 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 9. Ulise Diallo, 11. Şakir Seyidov.

Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 77. Cavid Tağıyev, 27. Hendrik Ekşteyn, 21. Rocer Roxas, 26. Ozan Can Kökcü, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov.

Baş məşqçi: Jelko Sopiç.

"Neftçi": 1. Səlahət Ağayev, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 93. Soni Mustivar, 36. Mamadu Kane, 11. Evangelos Platellas, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 10. Dario Federiko, 3. Mamadu Mbodj, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 56. Elton Əlibəyli.

Məşqçi: Fizuli Məmmədov.

15:00.“Zirə” – “Səbail” 4:1
Hakimlər:
Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu

Qollar: Nicat Süleymanov, 5, 20, Adrian Skarlatake, 60, Tellur Mütəllimov 89 - Eriko da Silva, 79.

"Zirə": 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 27. Adrian Skarlatake, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 4. Elvin Camalov, 70. Nicat Süleymanov, 7. Cavid Hüseynov (k), 18. Xulio Sezar Rodrigez, 43. Riçard Qadze

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 10. Elvin Məmmədov, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 19. Müşfiq İlyasov, 77. Cəlal Hüseynov

Baş məşqçi: Zaur Həşimov

"Səbail": 1. Aleksandr Rıbka, 4. Eltun Yaqublu (k), 13. Şəhriyar Rəhimov, 34. Urfan Abbasov, 21. Eriko da Silva, 3. Turan Manafov, 5. Vüqar Bəybalayev, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 9. Mirsahib Abbasov

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 7. Fəhmin Muradbəyli, 18. Aqşin Qurbanlı, 55. Adil Nağıyev, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 16. İqor Korotetski, 79. Əli Sadıxov

Baş məşqçi: Aftandil Hacıyev

15:00.“Sumqayıt” – “Qəbələ” 1:1 (ikinci hissə)
Hakimlər:
Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov
“Kapital Bank Arena”

Qollar: Peyman Babayi, 32 - Fernan Lopes, 22.

Qırmızı vərəqə: Anar Nəzirov, 64, Qismət Alıyev, 86.

"Sumqayıt": 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev, 6. Vüqar Mustafayev, 97. Xəyal Nəcəfov, 18. Süleyman Əhmədov, 46. Aleksey İsayev, 90. Rəhim Sadıxov, 8. Peyman Babayi

Ehtiyat oyunçular: 12. Nicat Mehbalıyev, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 22. Sərtan Taşqın, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

"Qəbələ": 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 3. İviça Zuniç, 77. Merab Qiqauri, 19. Rövlan Muradov, 21. Fernan Lopez, 6. İbrahima Niasse, 10. Klesio Bauk, 9. Davit Volkov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov

Baş məşqçi: Azər Bağırov

6 dekabr (cümə)

"Qarabağ" - "Keşlə" - 2:2

N Klublar O Q H M T-F X
1 Qarabağ 14 9 4 1 24-7 31
2 Keşlə 14 6 5 3 18-12 23
3 Neftçi 13 6 4 3 20-11 22
4 Sumqayıt 13 5 2 6 17-19 17
5 Zirə 13 3 5 5 14-21 14
6 Sabah 13 3 4 6 14-16 13
7 Qəbələ 13 3 3 7 13-23 12
8 Səbail 13 3 3 7 9-20 12

BOMBARDİRLƏR: Lorenzo Frutos ("Keşlə") - 6 qol, Mehdi Şərifi ("Sumqayıt") - 5 qol, Peyman Babayi ("Sumqayıt") - 5 qol, Stiven Monroz ("Neftçi") - 5 qol, Davit Volkov ("Qəbələ") - 5 qol, İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol, Maqaye Qeye ("Qarabağ") - 4 qol, Mahir Emreli ("Qarabağ") - 4 qol, Xulio Sezar Rodrigez ("Zirə") - 4 qol

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu