"Başqa variantlar da var, hələ açıqlamaq istəmirik" - PFL rəsmisi

11 Noyabr 2019 12:28 Premyerliqa 764
"Başqa variantlar da var, hələ açıqlamaq istəmirik" - PFL rəsmisi

"Kubokun finalının keçiriləcəyi stadionla bağlı variantlardan biri "Bank Respublika Arena"dır. Bizə təklif olunub, araşdırırıq, oradakı oyunlara gedib baxırıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib. Bu mövsüm ölkə kubokunun həlledici qarşılaşması "Sabah"ın ev oyunlarını keçirdiyi Masazır qəsəbəsindəki "Bank Respublika Arena"da oynanıla bilər. PFL rəsmisi belə bir variantın olduğunu təsdiqləsə, hələlik yekun qərar verilmədiyini söyləyib:

"Müəyyən çatımazlıqlar var. Onların rəhbərliyinə bununla bağlı məlumat verilir. Ancaq hələ ki, oyunun orada olacağı dəqiq bilinmir".

Şahgəldiyev final oyununun yeri ilə bağlı başqa variantların da olduğunu bildirib: "Şükür Allaha, infrastruktur cəhətdən problemimiz yoxdur. Ancaq indidən ad açıqlamaq istəmirik. Ümumiyyətlə, məqsədimiz odur ki, final oyunu hər il eyni stadionda olmasın. İlkin olaraq, "Bank Respublika Arena"nın üzərində durmuşuq. Lakin hələ təsdiq olunmayıb. Bəzi məsələlər var, onlar yoluna qoyulduqdan sonra dəqiq nəsə demək olar".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"