Rumın məşqçi Azərbaycan klubu ilə yayda danışıqlara başlayacaq

8 Noyabr 2019 17:00 Premyerliqa 823
Rumın məşqçi Azərbaycan klubu ilə yayda danışıqlara başlayacaq

Hazırda "Politexnika Yaşi" klubunu çalışdıran Mihai Tejanın "Sabah" və "Qəbələ"nin baş məşqçi postuna namizəd olması barədə bir müddət əvvəl xəbər vermişdik. Rumıniyalı mütəxəssis ona təklif edilən məbləğlə razılaşmamışdı.

Sportinfo.az-a daxil olan məlumata görə, o, bir müddət əvvəl Azərbaycan Premyer Liqasında yarışan daha bir klubdan da təklif alıb. Amma Teja indi ölkəmizə gəlməyə razılıq verməyib. Buna səbəb isə 41 yaşlı mütəxəsisin hazırki komandasının avrokuboklara vəsiqə uğrunda mübarizə aparmasıdır.

O, hazırda bütün fikrini komandasının yerli çempionatdakı çıxışına yöntəldiyini bildirib. Teja bildirib ki, yalnız mövsüm sonunda, daha dəqiq desək, may ayında Azərbaycan klubu ilə danışığa hazırdır. Əgər təmsilçimizlə maddi məsələlərdə və komandanın məqsədlərində fikirlər üst-üstə düşərsə, Teja qarşıdakı mövsüm Azərbaycan Premyer Liqasında işləyə bilər.

Digər Xəbərlər
Xəbər Lenti