Hər kəs ondan danışır: Azərbaycanda hakimlər “qumarbazlar”la əlbirdir? - VİDEO

1 Aprel 2024 18:00 Premyerliqa 1 503
Hər kəs ondan danışır: Azərbaycanda hakimlər “qumarbazlar”la əlbirdir? - VİDEO

“Kamranbəy Rəhimov təyin etdiyi penalti, verdiyi digər qərarlarla özündə əsaslı şübhələr yaradıb.

Aidiyyatı qurumları iş başına dəvət etmək lazımdır.

Baş hakimin matçdan əvvəl kimlərlə telefon danışığı, yazışması olub ortalığa çıxarılmalıdır. Təəssüf olsun ki, o, şübhəli qərarları ilə bizi belə düşünməyə vadar edib”.

Bu fikirlər “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Premyer Liqada başa çatan 28-ci turu dəyərləndirərkən maraqlı fikirlər səsləndirib.

Xüsusilə “Sumqayıt” – “Araz Naxçıvan” matçında (1:0) baş hakim Kamranbəy Rəhimovun verdiyi qərəzli qərarlar haqda danışıb.

Elçin Cəfərov həmçinin 28-ci turda oynanılan digər qarşılaşmalar barədə danışarkən, “Sabah” – “Zirə” qarşılaşması (0:1) haqda da fikirlər səsləndirib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız