"Burada pul heç bir rol oynamır"

30 Avqust 00:50 Premyerliqa 594
"Burada pul heç bir rol oynamır"

Misli Premyer Liqasının III turu çərçivəsində doğma meydanda "İmişli"ni qəbul edən "Şəfa" 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şəfa"nın baş məşqçisi Fərid Namazov matç haqda fikirlərini bildirib:

"Bilirdik ki, oyun çətin keçəcək. Yaxşı hazırlaşmışdıq. Matçın böyük hissəsində üstünlük bizdə idi.

Məni narazı salan yeganə məqam yaratdığımız qol epizodlarından yararlana bilməməyimizdir.

Prestij məsələsi mükafat pulundan daha önəmlidir. Əlbəttə, bu baxımdan müəyyən nüanslar var, lakin meydanda pul heç bir rol oynamır.

Mükafat məsələləri futbolun ayrılmaz hissəsidir, amma bir daha təkrar edirəm ki, əsas prioritet prestijdir.

Reallıq budur ki, böyük büdcəyə malik klublarla daha məhdud büdcəsi olan komandalar arasında həmişə fərq olacaq.

Yeri gəlmişkən, “Sabah”ı da Çempionlar Liqasında uğurlu çıxışı münasibətilə təbrik etmək istərdim. Bizim isə məqsədimiz daha yüksək mövqelər uğrunda mübarizə aparmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada