"Komandam pis deyildi"

30 Avqust 01:00 Premyerliqa 752
"Komandam pis deyildi"

Misli Premyer Liqasının III turu çərçivəsində səfərdə "Şəfa"nın qonağı olan "İmişli" 1:0 hesablı qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İmişli"nin baş məşqçisi Zaur Həşimov matç haqda fikrilərini bildirib:

"Yaxşı oyun alındı. Həm yüksək temp, həm də çoxlu mübarizə ilə yadda qalan dinamik qarşılaşma idi.

İkinci hissəyə yaxşı başlamadıq və həmin vaxt biz qol imkanından yararlandıq. Ümumilikdə, komandanın oyunundan narazı qalmadım.

Qarşıda uzun bir marafon var və yaxşı nəticələr əldə etmək üçün əlimizdən gələni edəcəyik.

İlk turda da qənaətbəxş çıxış etdiyimizi düşünürəm. Fikrimcə, bu turda da komandam pis deyildi. Epizodlarımız çox oldu, yararlana bilmədik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada