5 min dollarlıq əcnəbidən 90 dəqiqəlik futbol dərsi - Belə legioner gətirin

22:40 Premyerliqa 355
5 min dollarlıq əcnəbidən 90 dəqiqəlik futbol dərsi - Belə legioner gətirin

"Şəfa" - "Qəbələ" oyununun adamı birmənalı şəkildə Dilan Mertens idi.

Niderlandlı nə qol vurdu, nə də məhsuldar ötürmə ilə yadda qaldı.

Amma 90 dəqiqə komandasının oyununu idarə etdi.

Hücum və müdafiə fazasını birləşdirən qüvvə oldu.

Demək olar paytaxt klubunun bütün hücumları ondan keçirdi.

31 yaşlı oyunçu əsl pleymeker kimi davrandı.

Topla rəftarı möhtəşəm idi. Hərəkətdə rəqiblərini geridə qoyması, dəqiq yaxın/uzaq, ara ötürmələri nə qədər desən.

Lazım olanda topu saxlayıb, sürəti azaldıb komanda yoldaşlarının nəfəsini dərməsinə imkan yaradırdı.

İmkan düşəndə də sürəti artırıb təhlükəli vəziyyətlərin yaradılmasında lokomotiv rolunu oynayırdı.

Start heyətində 16 legioner yer alırdı - 9 nəfər "Qəbələ"nin, 7-si qonaqların payına düşür.

Nə gizlədim, 90 dəqiqə Mertensin oyunundan həzz aldım.

Bildiyim qədərilə 5 min dollar maaş alır.

Beləsinə lap 10 min dollar da vermək olar.

Hər addımından, hər qərarından səviyyə saçırdı.

Həm ağıllı oynayırdı, həm də çox intizamlı davranırdı.

Beləsindən yerli oyunçular da ancaq nəsə qazana bilər.

5 min dollarlıq əcnəbiləri ölkəyə daşımaqdansa, Mertens kimiləri tapıb gətirin.

5 nəfər gətirin, amma bu cür keyfiyyətli, sanballı olsun.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti