Premyer Liqanın vacib oyununa BÖYÜK MARAQ - SON DƏQİQƏ

12 Aprel 14:00 Premyerliqa 1 511
Premyer Liqanın vacib oyununa BÖYÜK MARAQ - SON DƏQİQƏ

Azərbaycan Premyer Liqasında 30-cu tura bu gün start veriləcək.

"Sumqayıt" doğma meydanda "Zirə"ni qəbul edəcək.

Qarşılaşmanın əhəmiyyəti çox böyükdür.

Hər iki tərəf də medallar uğurunda mübarizə aparır.

Qonaqlar 45 xalla turnir cədvəlinin ikinci pilləsində, "kimyaçılar" isə 43 xalla ilk dördlüyü qapayır.

Matça yerli azarkeşlərin də böyük marağı var.

Əldə etdiyimiz məlumata görə, bu ana kimi artıq 3300 bilet satılıb.

Oyun saatında tribunlarda təxminən 5000 tərəfdarın cəm olacağı ehtimal olunur.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti 19:00-da veriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti