"Qarabağ" - "Braqa": Bakıda ən bahalı yer 300 manata satılır

9 Fevral 2024 13:20 Premyerliqa 858
"Qarabağ" - "Braqa": Bakıda ən bahalı yer 300 manata satılır

Bakıda “Qarabağ” və “Braqa” arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın biletlərinin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorları üçün biletlər 300 manata satılır.

Biletləri "iticket.az"ın satış məntəqələrindən, “Qarabağ”ın "Park Bulvar"dakı fan-şopundan, Tofiq Bəhramov adına Respublika stadionu və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür.

“Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar