"Sabah" "Qarabağ"a uduzdu, Tovuzda qalib müəyyənləşmədi - YENİLƏNİB

17 Sentyabr 21:22 Premyerliqa 1 032
"Sabah" "Qarabağ"a uduzdu, Tovuzda qalib müəyyənləşmədi - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son gündə iki oyun keçiriləcək.

Mövsümə uğurlu start verən “Turan Tovuz” əks qrafik cızan “Qəbələ”ni qəbul edəcək. İlk xallarını ötən turda qazanan “qırmızı-qaralar” Tovuz səfərində də bunu təkrarlamağa çalışacaq.

Ayxan Abbasovun kollektivi isə qələbə təqdirində ikinci pilləyə qayıda bilər. Hazırda “Turan Tovuz”un 9, “Qəbələ”nin isə 3 xalı var.

Tura mərkəzi oyunla yekun vurulacaq. Çempionluğa iddialılar “Qarabağ”la “Sabah” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər.

Mövsümə qeyri-stabil nəticələrlə başlayan komandalar liderlər qrupundan çox uzaq düşməmək üçün qələbə qazanmaq niyyətindədirlər. “Qarabağ”ın hesabında 7, “Sabah”da isə 4 xal var.

Turun əvvəlki matçlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Neftçi”ni 1:0, “Səbail” isə “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.

17 sentyabr (bazar)

16:30. “Turan Tovuz” – “Qəbələ” 2:2

Qollar: Fərid Nəbiyev, 56, Belajdi Pusi, 59 - Osama Xalayla, 71, 76 (p)
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Tovuz şəhər stadionu

"Turan Tovuz": 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 14. Slavik Alxasov, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 8. Piruzi Marakvelidze, 7. Luis Paçu, 80. Otto Con
Baş məşqçi: Ayxan Abbasov

"Qəbələ": 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 6. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 72. Osama Xalayla, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Məşqçi: Xaqani Məmmədov

19:30. “Qarabağ” – “Sabah” 2:0

Qollar: Juninyo, 56, Keyta, 86

“Qarabağ”: 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç,18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov, 20. Riçard Almeyda 5. Maksim Medvedev, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

"Sabah”:1. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 15. Kristian da Silva,24. Maruan Hadudi, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 3. Con İrasabal, 28. Kahim Parris

Ehtiyat oyunçular: 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 12. Vinsent Til, 27. Jarl Marqarita

Baş məşqçi: Murad Musayev

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Tofiq Bəhramov adına Respublika Stadionu

1

Zirə

6

5

0

1

6-2

15

2

Səbail

6

3

1

2

11-9

10

3

Araz-Naxçıvan

6

3

1

2

7-7

10

4

Turan Tovuz

5

3

0

2

9-6

9

5

Neftçi

6

2

2

2

5-4

8

6

Qarabağ

5

2

1

2

7-5

7

7

Sumqayıt

5

2

1

2

7-5

7

8

Sabah

4

1

1

2

6-5

4

9

Kəpəz

6

1

1

4

3-9

4

10

Qəbələ

5

1

0

4

2-11

3

Bombardirlər: Aleksandr Ramalinqom (“Səbail”) - 4 qol, Orxan Əliyev (“Araz-Naxçıvan”), Martin Petkov (“Turan Tovuz”) - 3 qol.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır