"Qarabağ" qalib gəldi, "Qəbələ" "Turan"la bərabərə qaldı - YENİLƏNİB

11 Mart 2023 19:52 Premyerliqa 1 294
"Qarabağ" qalib gəldi, "Qəbələ" "Turan"la bərabərə qaldı - YENİLƏNİB

Bu gün Premyer Liqada XXVI turun iki matçı keçirilib.

Sportinfo.az xəbər verir ki, ikinci oyun gününə Tovuzda start verilib.

Turnir cədvəlinin orta pillələrində qonşu olanların duelində “Turan Tovuz” “Qəbələ”ni qəbul edib.

Meydan sahibləri ilk “beşliy”ə yaxınlaşmaq üçün qalib gəlməli olsalar da, bunu bacarmayıblar. Onlar hesabı açsalar da, “qırmızı-qaralar” məğlubiyyətdən qaçıblar.

Günə liderlə autsayderin oyunu ilə yekun vurulub. Cari mövsümdə uduzmayan “Qarabağ” Premyer Liqada qalmaq üçün döyüşən “Səbail”i sınağa çəkib.

İlk hissədə 2, ikinci 45 dəqiqədə 1 dəfə fərqlənən Ağdam təmsilçisi darmadağına sevinib.

11 mart

"Turan Tovuz" – "Qəbələ" 1:1

Qollar: Runi Eva, 19 - Felipe Santos, 39

Tovuz şəhər stadionu, 15:00

Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Turan Tovuz": 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 97. Sadiq Şəfiyev, 9. Belajdi Pusi

Baş məşqçi: Ayxan Abbasov

"Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş

Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak

Baş məşqçi: Elmar Baxşıyev

"Qarabağ" – "Səbail" 3:0

Qollar: Elvin Cəfərquliyev, 24, Musa Qurbanlı, 34, Julio Romao, 53

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 6. Julio Romao, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

“Səbail”: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 11. Qoba Zakpa, 99. David Qomis, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 4. Maksim Çex

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Mirabdulla Abbasov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 21. Kizito Luvaqa

Baş məşqçi: Şahin Diniyev


“Azersun Arena”, 18:00


Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Şamil İmanzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov

Digər Xəbərlər
Xəbər Lenti