Klublar ŞOKda! Dövlətin ayırdığı 30 milyon əcnəbilərə xərclənməyəcək

19:00 Premyerliqa 430
Klublar ŞOKda! Dövlətin ayırdığı 30 milyon əcnəbilərə xərclənməyəcək

Legioner limitinin ləğvindən sonra Premyer Liqa klubları kütləvi şəkildə əcnəbiləşmə yolunu seçib.

Yerli oyunçular barədə düşünən yoxdur.

Yanlış qərarın fəsadları hər ötən gün böyüyür.

Yaranmış vəziyyət AFFA-da da ciddi narahatlıq yaratmağa başlayıb.

Vəziyyətin qısa müddətdə bu qədər biabırçı hal alacağını rəsmilər də gözləmirmiş.

Artıq alternativ yollar barədə müzakirələr gedir.

Ki, elita təmsilçiləri yerli oyunçu yetişdirmək barədə də düşünsün.

Təbii ki, belədə ilk ağıla gələn dövlət dotasiyası olur.

Bildiyiniz kimi, hər il klublarımıza ayrı-ayrılıqda 2.5 milyon manat yardım ayrılır.

Biz dəfələrlə qeyd etmişik ki, həm pul əcnəbilərə xərclənməli deyil.

Çünki dövlət vəsaiti ölkə futbolunun inkişafı üçün ayrılır.

AFFA-nın yeni planında bu məqam xüsusi yer alacaq.

Müəyyən məlumatlar əldə etmişik.

Qarşıdakı mövsümdən dövlət dotasiyası tamamilə akademiyalara xərclənəcək.

Nəzarət isə birbaşa AFFA-nın səlahiyyətləri daxilində olacaq.

Ki, müxtəlif yollarla indiki kimi akademiyanın büdcəsi əsas komandaya sərf edilməsin.

Əsas komanda isə sponsorların hesabına formalaşdırılmalıdır.

Başlıca məqsəd dövlətin ayırdığı milyonların əcnəbi futbolçulara xərclənməsinin qarşısını almaq və həmin vəsaiti ölkə futbolunun, xüsusən də akademiyaların inkişafına yönəltməkdir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti