«Şirvan» II Liqanın iştirakçıları arasında yenilik edib. Region klubu mövsüm biletləri hazırlayıb.
2026/2027-ci il mövsümü üçün xüsusi hazırlanmış biletləri artıq satışdadır.
Bu bilet azarkeşlərə mövsüm ərzində komandanın ev oyunlarını tribunadan izləmək imkanı qazandırmaqla yanaşı, klubun inkişafına və gələcək hədəflərinə də birbaşa dəstək olmaqda kömək edəcək.
Hər alınan mövsüm bileti büdcənin formalaşmasına, daha güclü kollektivin qurulmasına və Şirvan futbolunun inkişafına mühüm töhfə verəcək.
Bölgə təmsilçisi qarşıdakı sezonda çempionluq uğrunda mübarizə aparacaq. Məqsəd tarixdə ilk dəfə I Liqaya vəsiqə qazanmaqdır.
Bu yolda artıq mühüm addımlar atılıb. Şəhərin iki komandası - «Şirvan» ilə «Şirvan» OİK vahid ad altında birləşib.
Rəhbərliyə yeni personalar cəlb olunub. Sponsor dəstəyi də artıb. İyundan bəri düşərcədə canlanma müşahidə edilməkdədir: heyət gücləndirilib.
SPORTİNFO.AZ
