"Sabah" və "Qarabağ"ın uğurundan daha dəyərli "Neftçi"li kimdir?

22:20 Bizimkilər 149
"Sabah" və "Qarabağ"ın uğurundan daha dəyərli "Neftçi"li kimdir?

Murad Məmmədov “Pafos”un “Zaltsburq”la Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda qol vurdu.

Azərbaycanlı futbolçu 82-ci dəqiqədə meydana daxil oldu, cəmi iki dəqiqə sonra — 84-cü dəqiqədə — komandasının 3-cü qoluna imza atdı. “Pafos”un 3:3 hesablı heç-heçəsində Muradın bu qolu həm də Kipr klubunda ilk qolu oldu.

20 yaşlı futbolçunun bu uğuru təsadüfi hadisə kimi qiymətləndirilməməlidir.

Çünki Murad Məmmədov “Neftçi”nin yetirməsidir. Kiçik yaşlarından “ağ-qaralar”ın sistemində yetişib, əsas komandaya qədər yüksəlib və indi Avropada özünü göstərir.

Bu məqam xüsusilə vacibdir.

“Sabah”ın, “Qarabağ”ın Avropadakı uğurları Azərbaycan futbolu üçün böyük hadisədir. Amma “Neftçi”nin yetişdirdiyi azərbaycanlı futbolçunun Avropada meydana çıxıb qol vurması tamam başqa dəyər daşıyır.

Çünki burada söhbət sadəcə klubun uğurundan yox, Azərbaycan futbolçusunun yetişdirilməsindən və Avropa səviyyəsində özünü təsdiqləməsindən gedir.

“Qarabağ” və “Sabah” Azərbaycan futbolunun Avropadakı uğurunu göstərirlərsə, Murad Məmmədov həmin uğurun futbolçu yetişdirmək tərəfini xatırladır.

Və bu baxımdan Muradın “Pafos”dakı hər qolu həm də “Neftçi” akademiyasının məhsuludur.

Ən əsası çəkisi "Sabah"ın, "Qarabağ"ın uğurlarından az deyil, əksinə daha ağırdır.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti