“O, çox şeyi dəyişəcək və yaxşı transferlər edib”

19 Avqust 18:40 İngiltərə 710
“O, çox şeyi dəyişəcək və yaxşı transferlər edib”

İngiltərəli sabiq futbolçu Maykl Ouen “Çelsi”nin yeni mövsümdəki şanslarını dəyərləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Xabi Alonsonun rəhbərliyi ilə London komandasının Premyer Liqada çempionluq uğrunda mübarizə apara biləcəyini söyləyib:

“Alonso Almaniyada az tanınan bir komanda (“Bayer”) ilə oxşar uğura imza atdı. O, çox şeyi dəyişəcək və “Çelsi” yaxşı transferlər edib. Düşünürəm ki, “Çelsi” əla mövsüm keçirə bilər”.

“Çelsi” Premyer Liqanın yeni mövsümündə ilk oyununu 24 avqustda, “Fulhem”ə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM