"Qarabağ" Konfrans Liqasında növbəti matçını bu gün keçirəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv təsnifat mərhələsinin pley-offunda "Tvente" önünə çıxacaq.
1. Avropa təcrübəsi
Bugünkü «Qarabağ» 2014-cü ilin «Qarabağ»ı deyil. Komanda ötən mövsüm Çempionlar Liqasının əsas mərhələsində çıxış etdi və hətta “Nyukasl” ilə pley-off mərhələsinə qədər irəlilədi. Bu səviyyədə mütəmadi oynamaq pley-off matçlarında qərarvermə baxımından böyük üstünlükdür. «Tvente»nin də Avropa təcrübəsi var, amma hazırkı «Qarabağ» üçün avqust ayında iki oyunluq UEFA duelləri artıq qeyri-adi hadisə deyil.
2. Cavab oyunu Bakıda keçiriləcək
Bu detal çox vacibdir. İlk oyun Enşededədir, ikinci oyun isə Azərbaycanda. Bu o deməkdir ki, «Qarabağ»ın Niderlandda mütləq qalib gəlmək məcburiyyəti yoxdur. 0:0, 1:1, hətta minimal məğlubiyyət belə Bakıda tamamilə başqa psixoloji vəziyyət yarada bilər.«Dinamo» ilə qarşılaşma da göstərdi ki, Qurbanovun komandası cavab matçının emosional və taktiki ritmini idarə etməyi bacarır.
3. "Tvente"nin oyunu hələ stabilləşməyib
Ötən mərhələdə DAK üzərində 6:0-lıq qələbə çox güclü görünür. Amma ardınca 0:1 «Herenveen» və 3:3-lük DAK gəldi.
Üstəlik, DAK ilə oyundan sonra həm Drommel çoxsaylı imkanlar verdiklərini, həm də Van den Brom ikinci hissədə komandasının tələb olunan səviyyədən aşağı olduğunu açıq şəkildə etiraf etdi.
Doğrudur, Slovakiyadakı 3:3-ü də həddindən artıq şişirtmək olmaz: «Tvente» ilk görüşdəki 6:0 üstünlüyünə görə heyətdə rotasiya etmişdi,
Vaut Veqorst isə ümumiyyətlə növbəti çempionat matçını düşünərək səfərə aparılmamışdı. Yəni Bakıya gələcək «Twente» həmin 3:3-dəki komandadan daha güclü olacaq.
SPORTİNFO.AZ
