“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarıldı - QİYMƏTLƏR BURADA

02:00 Qarabağ 63
“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarıldı - QİYMƏTLƏR BURADA

Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Tvente” (Niderland) qarşılaşmasının biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Standart biletlərin qiymətləri 5,10,15 və 20 AZN-dir. VIP sektorlar üçün qiymətlər 50, 75 və 100 AZN-dir. VVIP sektorlar üzrə biletlərin qiyməti isə 150 manat təşkil edir.

Qeyd edilir ki, VVIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!