“Tvente”nin (Niderland) azarkeş qrupu VAK-P Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək ilk oyun öncəsi sosial media hesabında paylaşım edib.
Bu zaman komandalarının 12 il əvvəl Ağdam klubuna məğlubiyyəti yada salınıb.
Sportinfo.az xəbər verir ki, azarkeşlər mövsümün startından və komandanın oyunundan narazı olduqlarını gizlətməsələr də, “Qarabağ”la görüşdə futbolçulara tam dəstək verəcəklərini bildiriblər:
“Mövsümün başlanğıcı gözlədiyimiz və ümid etdiyimiz kimi alınmadı. Həmin oyunlarda göstərilən futbol da tənqid üçün əsas verdi.
Amma bizi tamamilə fərqli əhəmiyyət daşıyan oyun gözləyir.
“Qarabağ”la birlikdə Enshedeyə köhnə tanış gəlir. 2014-cü ildə “De Qrolş Veste”də 1:1 hesablı oyundan sonra Avropa macəramız azərbaycanlılara qarşı başa çatmışdı.
İndi, 12 il sonra yenidən qarşılaşırıq və yenə Avropada yolumuza davam etmək məsələsi həll olunur. Belə axşamlar üçün hamımız stadiona gəlirik.
Futbolçular meydanda hər şeylərini verməlidirlər. Bizim vəzifəmiz isə tribunadan eyni şeyi etməkdir. İsinmə hərəkətlərindən başlayaraq, ilk dəqiqədən son fitə qədər.
Hamımız “Tvente”nin arxasındayıq!”
"Tvente” – “Qarabağ” matçı bu gün Enshededə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
