“Qarabağ”dan ayrılan kapitan hansı kluba keçir?

10:40 Qarabağ 337
“Qarabağ”dan ayrılan kapitan hansı kluba keçir?

Sportinfo.az xəbər verir ki, ötən həftə “Qarabağ” ilə yollarını ayıran Abdullah Zubirin yeni klubu müəyyənləşmək üzrədir.

Qətərin “Əş-Şərq” nəşrinin məlumatına görə, 34 yaşlı hücumameyilli yarımmüdafiəçi “Əl-Şahaniyə” ilə müqavilə imzalamağa yaxındır.

Tərəflər arasında danışıqlar son mərhələdədir və keçidin yaxın saatlarda və ya günlərdə rəsmiləşəcəyi gözlənilir.

Mənbə Zubirin cinahlarda oynamaq, hücumları qurmaq və şanslar yaratmaq bacarığını vurğulayaraq, onun təcrübəsinin “Əl-Şahaniyə”nin hücum xəttinə əlavə güc verə biləcəyini qeyd edib.

Əslində, tərəflər arasında razılığın daha əvvəl əldə olunduğu bildirilib. “L’Équipe” aprelin 10-da Zubirin Qətər klubuyla şəxsi müqavilə şərtləri üzrə razılığa gəldiyini yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!