Çempionlar Liqasında iştirak etmiş 202 sm boya malik hücumçu “Sabah”da

20 Avqust 07:50 Basketbol 452
Çempionlar Liqasında iştirak etmiş 202 sm boya malik hücumçu “Sabah”da

"Sabah" basketbol klubu amerikalı forvard Evan Bruinsmanı heyətinə qatıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 202 sm boya malik hücumçu ilə müqavilənin müddəti 1 ildir.

O, karyerası ərzində Lüksemburq, Çexiya, Bolqarıstan, Niderland, Macarıstan, Almaniya, İsrail və Türkiyə çempionatlarında çıxış edib.

E.Bruinsma Niderlandın "Donar" və Macarıstanın "Falko Sombathey" komandaları ilə ölkə çempionu, həmçinin kubokun qalibi olub.

O, karyerası ərzində FIBA Avropa Kuboku və Çempionlar Liqası turnirlərində də mübarizə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR