“Qarabağ”ın Eto’onu transfer etmək xəbəri - Bu, doğrudurmu?

13:00 Qarabağ 313
“Qarabağ”ın Eto’onu transfer etmək xəbəri - Bu, doğrudurmu?

“Qarabağ”ın transfer siyahısında olduğu bildirilən “CSKA Sofiya”nın yarımmüdafiəçisi Ceyms Eto’onun mümkün keçidi ilə bağlı yeni məlumat yayılıb.

Bolqarıstan mətbuatının iddiasına görə, Sofiya təmsilçisi onun transferindən ən azı 2 milyon avro (təxminən 3,94 milyon manat) qazanmaq niyyətindədir.

Paytaxt klubu danışıqlar zamanı daha yüksək məbləğ də tələb edə bilər. Buna səbəb CSKA-nın futbolçu ilə müqaviləni 2029-cu ilin yayına qədər uzatmasıdır.

Məlumata görə, “Qarabağ” kamerunluya ciddi maraq göstərir. 25 yaşlı afrikalı 2024-cü ilin sentyabrından CSKA-nın formasını geyinir.

Maraqlıdır ki, Eto’o yaxın vaxtlarda “Qarabağ”a qarşı keçirilən Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda penaltilər seriyasında həlledici zərbəni dəqiq yerinə yetirib.

Bakıdakı ilk görüş 0:0 hesabı ilə başa çatıb. Sofiyadakı cavab matçında da əsas və əlavə vaxtda qol olmayıb. Penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələn CSKA növbəti mərhələyə yüksəlib.

Bizdəki informasiyaya görə, Premyer Liqamızın gümüş medalçısı Ceyms Eto’onu iki həftədir diqqət mərkəzində saxlayır.

Qurban Qurbanov Sofiyadakı matçdan sonra adıçəkilən legioneri gözaltı edib. Menecerlər səviyyəsində fikir alıb-verişi olub, qiyməti öyrənilib.

Həmçinin səbəbkarın rəyi soruşulub. O, Azərbaycanda çıxış etmək variantına həvəs göstərib, sadəcə, “Qarabağ” 2 milyon avronu çox sayır.

Bolqarların maddi tələbi “köhlən atlar”ı bir qədər təəccübləndirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti