“Futbolçularla danışdıq ki...” - "Dinamo"nun baş məşqçisi "Qarabağ"ı unutmadı

20 Avqust 00:40 Qarabağ 696
“Futbolçularla danışdıq ki...” - "Dinamo"nun baş məşqçisi "Qarabağ"ı unutmadı

"Dinamo"nun (Kiyev) baş məşqçisi İqor Kostyuk Ukrayna mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, "Xsport.ua" portalına danışan ukraynalı mütəxəssis "Qarabağ"a qarşı keçirilmiş (0:2, 1:0) oyunu da xatırlayıb:

"Biz Lublin və Bakıda "Qarabağ"a qarşı iki ağır oyun keçirdik. Həmin ərəfədə "Veres"lə də oynadıq.

Ümumilikdə 4 çətin oyun keçirdik. Azərbaycandakı matçda oynamış yeddi futbolçu " Kolos"la görüşün əsas heyətinə düşmüşdü.

Komanda emosional olaraq başa düşürdü ki, yaxşı köklənmək lazımdır.

Futbolçularla danışdıq ki, qələbə qazanmaq mütləqdir. Çünki qarşıda bizi pauza gözləyir və işimizin öhdəsindən gəldik".

Digər Xəbərlər
Xəbər Lenti