Yeni hücumçu alınmasını istəyir - Premyer Liqada çempion olan baş məşqçi

20 Avqust 18:40 İngiltərə 521
Yeni hücumçu alınmasını istəyir - Premyer Liqada çempion olan baş məşqçi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, “Real”ın vingeri Vinisius Junioru transfer etmək cəhdinin baş tutmamasından sonra ispaniyalı mütəxəssis hücumçu almaq fikrindən daşınmayıb.

Arteta “topçular”ın heyətinə yeni hücumameyilli futbolçunun cəlb olunmasını istəyir. London klubunun yaxın günlərdə bu istiqamətdə addımlar atacağı gözlənilir.

“Arsenal” yeni mövsümdə ilk rəsmi oyununda “Mançester Siti”ni 3:0 hesabı ilə məğlub edərək, İngiltərə superkubokunu qazanıb.

Artetanın komandası avqustun 21-də, Premyer Liqanın ilk turunda doğma meydanda Frenk Lempardın çalışdırdığı “Koventri”ni qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM