Mateus Koxalskinin "Qarabağ"dan ayrılması an məsələsidir.
Kiperi heyətinə qatmağa ən yaxın komandalar “Veçista”ya (Krakov) və “Vidzev”dir.
Hər iki Polşa təmsilçisi israrla 26 yaşlı qapıçının xidmətində maraqlıdır.
Qapıda başqa elçilər də var.
Hazırda Ağdam klubu ilə bu istiqamətdə aktiv danışıqlar gedir.
Qurban Qurbanov da son dönəmlər performansından narazı qaldığı avropalının gedişinə razılıq verib.
Tərəflərin yeganə anlaşa bilmədiyi məsələ maliyyə ilə bağlıdır.
"Köhlən atlar" 2024-cü ildə “Stal”dan (Melets) heyətinə qatdığı əcnəbiyə görə minimum 4 milyon avro tələb edir.
Koxalski karyerası ərzində "Legiya", "Radomiak" və "Stal"da çıxış edib.
O, karyerasını ölkəmizdə davam etdirəndən sonra Polşa millisinə də dəvət alır.
XANOĞLAN/ SPORTİNFO.AZ
