“Qarabağ”ın satdığı hücumçu Çempionlar Liqasında dubl etdi - NƏTİCƏLƏR

“Qarabağ”ın satdığı hücumçu Çempionlar Liqasında dubl etdi - NƏTİCƏLƏR

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 4 matç keçirilib.

Azərbaycan təmsilçisi "Sabah" Rumıniyada İsrailin "Hapoel Beer-Şeva" komandasına uduzub.

"Seltik" isə evdə LASK-la üz-üzə gəlib. Görüş Şotlandiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.

Bu yay "Qarabağ"dan "Seltik"ə keçən Kamilo Duran da sözügedən oyunda iştirak edib. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə Hayssem Hassanla əvəzlənib.

Duran komandasının qələbəsində əsas pay sahibi olub. Belə ki, o, 38 və 67-ci dəqiqələrdə fərqlənərək dubl edib.

23:00. "Seltik" (Şotlandiya) - LASK (Avstriya) - 3:0

Qollar: Niqren, 26, Duran, 38, 67

23:00. "Slovan" (Slovakiya) - "Selye" (Sloveniya) - 1:1

Qollar: Çerepkay, 15 - Adili, 41

23:00. "Hapoel" (Ber Şeva, İsrail) - "Sabah" (Azərbaycan) - 2:1

Qollar: Javon İst, 43, İqor Zlatanoviç, 79 - Velko Simiç, 6

23:00. "Nijmegen" (Niderland) - "Budo Qlimt" (Norveç) - 1:3

Qollar: Bişof, 85 - Brunstad, 25, Helmersen, 44-pen; Alisami, 50

18 avqust

"Dinamo" (Zaqreb, Xorvatiya) – "Vikinq" (Norveç) - 2:2

"Levski" (Bolqarıstan) - AEK (Yunanıstan) - 0:0

"Fənərbaxça" (Türkiyə) – "Lion" (Fransa) - 1:1

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!