"Həm müdafiədə, həm də hücumda inkişaf etdirməli olduğumuz çox şey var"

03:30 Qarabağ 71
"Həm müdafiədə, həm də hücumda inkişaf etdirməli olduğumuz çox şey var"

"Qarabağ"ın müdafiəçisi Bençe Varkonyi açıqlama verib.

Sportinfo.az xəbər verir ki, macarıstanlı legioner Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin Bakıda "Dinamo” (Kiyev) üzərində qazanılmış qalibiyyət haqda fikirlərini bildirib:

"Planımız oyuna nəzarət etmək və qalib gəlmək idi. Bütün epizodlardan yararlana bilməsək də, yenə də qalib gələ bildik.

Oyun 90 dəqiqə davam edir və səhvlər olur. "Dinamo" da güclü rəqibdir.

Biz inamla oynamağa çalışdıq və qapıçımız yaxşı qurtarışlar etdi. Bəli, səhvlər oldu, amma əsas odur ki, irəlilədik və bu səhvlər üzərində işləyəcəyik”.

O, komandasının Konfrans Liqasının təsnifat mərhələsinin pley-offunda qarşılaşacağı “Tvente” haqda da danışıb:

"Həm müdafiədə, həm də hücumda oyunumuzda inkişaf etdirməli olduğumuz çox şey var.

Əvvəllər üç matçda qol vurmamışdıq, amma xoşbəxtlikdən Kiyevə qarşı iki qol vurduq. Bunun üzərində çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!